“Ronaldonu dünyanın ən yaxşılarının siyahısında ikinci görürəm”

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister həmvətəni Lionel Messi ilə portuqaliyalı Kriştiano Ronaldonu müqayisə edib.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, Ronaldoya böyük hörmətlə yanaşdığını bildirib:

“Mən Ronaldoya böyük hörmətlə yanaşıram, o, möhtəşəm futbolçudur. Amma onu dünyanın ən yaxşılarının siyahısında ikinci görürəm. Birincisi isə mənim üçün Leo Messidir. Belə oyunçular bir daha olmayacaq”.

Messi karyerası ərzində 8 dəfə “qızıl top” mükafatını qazanıb, Ronaldonun hesabında isə 5 belə mükafat var. 38 yaşlı Messi hazırda ABŞ-ın “İnter Mayami” klubunda, 40 yaşlı Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button