Azərbaycanlı futbolçu: “Mən qlamur yerləri sevmirəm”
“Ximki”nin azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev müxtəlif əyləncə tədbirlərinə münasibətindən danışıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Quliyev, əyləncə məclislərini sevmədiyini bildirib:
“Moskvada həyat mənim üçün oynadığım Mahaçqalada, Rostov-na-Donuda olduğu kimi davam edir. Mən heç yerə getmirəm, yalnız komanda ilə gedirəm. İş qrafiki: məşq, bərpa prosesi. Harasa getsək də, bu, oyundan sonra olur.
Mən qlamur yerləri sevmirəm. Yaxşı bir restorana gedə bilərəm, amma “parıldamaq” üçün bir yer mənə görə deyil. Mən heç vaxt əyləncə məclislərinə getməmişəm, hətta gəncliyimdə belə, oralara baş çəkməmişəm”.
Xatırladaq ki, AFFA uzun zamandır Quliyevi Azərbaycan millisinə cəlb etmək istəyir.
“Ximki” Rusiya Premyer Liqasında 18 xal toplayaraq, turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda elitada qalmaq şanslarını nəzəri olaraq itirib.
Bizi Facebook-da izləyin