“Mən Pioli olsaydım, xəbərləri oxuyanda əsəbiləşərdim” – De Rossi
“Roma” “Milan”la qarşılaşmada (2:1) uğurlu çıxışından sonra Avropa Liqasının yarımfinalına yüksəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, “Roma”nın çalışdırıcısı Daniele de Rossi rəqibi Stefano Pioliyə hörmətlə yanaşır və onu İtaliyanın ən yaxşı mütəxəssislərindən biri adlandırıb:
“Düşünmürəm ki, o, son mövsümünü yaxşı keçirir. Aydın məsələdir ki, qəzetlər hər cür şeylər yazır. Mən Pioli olsaydım, xəbərləri oxuyanda əsəbiləşərdim. Əslində, o, İtaliyanın ən hörmətli mütəxəssislərindən biridir. Şəxsən mən də daxil olmaqla hər kəsin ona hörməti var”.
Pioli 2019-cu ildən “Milan”ı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin