“Amorimlə işləmək üçün səbirsizlənirəm”

“Mançester Yunayted”in futbolçusu Amad Diallo yaxınlarda yeni baş məşqçi Ruben Amorimin gəlişindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Amorimlə işləmək üçün səbirsizləndiyini bildirib:

“Mən onunla işləmək üçün səbirsizlənirəm. Onun bizim yeni baş məşqçimiz olacağına çox şadam”.

Portuqaliyalı mütəxəssis Lissabon “Sportinq”indən ayrılaraq, gələn həftənin əvvəlindən “Mançester Yunayted”də fəaliyyətə başlayacaq.

“Qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Erik Ten Haq oktyabrın sonunda istefaya göndərilib. Amorim gələnə qədər komandanı Rud Van Nistelroy çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button