“Mən onun “Bayern”ə getməsinə icazə verməyəcəm”
“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “qırmızılar”ın hücumçusu Sadio Mane haqda danışıb.
Komanda.az xəbər verir ki, Karrager, Maneni başqa kluba buraxmağın yolverilməz olduğunu deyib:
“Etiraf edim ki, “Liverpul”un oyunlarına azarkeş kimi baxanda Mane ən çox sevdiyim oyunçudur. O, Salahla beş ildir ki, burada oynayır. Onlar bir dəfə də olsun uzunmüddətli zədələnməyiblər. Hər həftə meydana çıxırlar, 90 dəqiqə oynayırlar, hər dəfə statistikalarını təkmilləşdirirlər. Onların “Liverpul” üçün etdikləri inanılmazdır.
Mən Manenin böyük fanatıyam. Sizi əmin edə bilərəm ki, o, heç yerə getməyəcək. Mən onun “Bayern”ə getməsinə icazə verməyəcəm. O, mənimlə çalışacaq”.
Manenin müqaviləsi gələn mövsümün sonunda başa çatır. Seneqallı hücumçunun xidmətində “Bayern”in maraqlı olduğu bildirilir.
Bizi Facebook-da izləyin