Maldini onlarla fəxr edir

“Milan”ın idman direktoru Paolo Maldini İtaliya A Seriyası təmsilçisinin DÇ-2022-də çıxış edən futbolçuları barədə açıqlama verib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, Rafael Leao (Portuqaliya), Teo Hernandes və Olivye Jiru (Fransa) haqda danışıb:

“Leao DÇ-2022-də iki qol vurdu, pis nəticə deyil. O, çox oynamadı. Məncə, lazım olan təcrübəni qazana bildi.

Teo və Jiru isə əvvəldən baş qəhrəman idilər. Mən onlarla fəxr edirəm. Hər ikisi dünya çempionatının finalına vəsiqə qazana bildi”.

Fransa millisi DÇ-2022-nin final matçında Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button