“Mən o azarkeşə deyəcəm ki, “lütfən, o bayrağı dalğalandırma”
DÇ-2022-nin matçlarında azarkeşlərin əllərindən göy qurşağı bayraqları (LGBT) alına bilər.
Komanda.az “Associated Press”-ə istinadən xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə üzrə Milli Komitəsinin sədri postunu tutan general-mayor Əbdüləziz Abdulla Əl-Ənsari məlumat verib:
“Azarkeş göy qurşağı bayrağı qaldırırsa və mən onu götürürəmsə, bununla onu incitmək niyyətində deyiləm, təhlükəsizliyini təmin etmək üçün edirəm. Mən bunu etməsəm, başqası ona hücum edə bilər…
Bütün azarkeşlərin tribunadakı davranışı ilə bağlı zəmanət verə bilmərəm. Mən isə o azarkeşə deyəcəm ki, “lütfən, o bayrağı dalğalandırma”. Bunu belə davranışın qəbul edildiyi cəmiyyətdə edin. Başa düşürük ki, bu adam bilet alıb, bura oyuna baxmaq üçün gəlib, siyasi jest və ya ağlına gələni etmək üçün deyil.
Futbola baxın. Bu, yaxşıdır. Amma buna görə gəlib bütün cəmiyyəti təhqir etməyə ehtiyac yoxdur”.
DÇ-2022 bu il 21 noyabr-18 dekabrda keçiriləcək.
Bizi Facebook-da izləyin