“Mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Reziuan Mirzov “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 13-cü turunun matçı barədə mətbuat konfransında danışıb.
Komanda.az xəbər verir ki, o, klubun sosial şəbəkədə paylaşdığı videodan xəbərdar olduğunu bildirib:
“Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. Ondan sonra motivasiya götürüb “Sumqayıt”a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı”.
30 yaşlı yarımmüdafiəçi belə videoların çox maraqlı olduğunu deyib:
“Rusiyada və dünyada bundan istifadə edirlər. Amma mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin