
“Mançester Siti”ni dünyada hər şeydən çox sevirəm”
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş klubuna olan hissləri barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubunu çox sevdiyini bildirib:
“Mən bu komandanı dünyada hər şeydən çox sevirəm. Mən “Mançester Siti” azarkeşlərini də çox sevirəm. Bizdə ən yaxşı azarkeşlər var”.
Daha əvvəl Qrilişin yay transfer dövründə “Mançester Siti”ni tərk edə biləcəyi bildirilib.
29 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, 2021-ci ilin yayından “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



