“Mən incimişəm və əsəbiləşmişəm” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 37-ci turunun ev oyununda “Osasuna”ya 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu oyuna görə heyfslənib:
“Mən incimişəm və əsəbiləşmişəm. Komanda azarkeşlərimizin stadionda yaydığı enerjidən yararlana bilmədi. “Atletiko” mövsümü dördüncü yerdə başa vurur. Uzun müddətdən sonra ilk dəfə dördüncü olduq. Biz öz üzərimizdə işləməyə davam etməliyik”.
Madrid klubu La Liqanın son turunda səfərdə “Real Sosyedad”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin