
“Həyatımda belə atmosferdə oynamamışdım” – “Qarabağ”ın rəqibinin hücumçusu
“Liverpul”un hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının 2-ci turunda İstanbulda keçirilən “Qalatasaray”la (0:1) oyundan sonra təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli forvard “cim-bom”un stadionundakı atmosferi xüsusi vurğulayıb:
“Mən həyatımda belə atmosferdə oynamamışdım. Konsentrasiyanı qorumaq çox çətin idi. Səs-küy qulaqbatırıcı idi və bunun öhdəsindən gələ bilmədik. “Qalatasaray”ı qələbə münasibətilə təbrik edirəm”.
“Liverpul” Çempionlar Liqasının növbəti turunda, oktyabrın 22-də səfərdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Hər iki komanda bu turnirdə “Qarabağ”ın rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



