“Mən hər iki oyunda daha pis olduğumuzu düşünmürəm” – “Bayern” rəsmisi

“Bayern”in direktoru Maks Eberl Çempionlar Liqasında “İnter”lə oyunun nəticəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandada hər kəs indi məyus olsa da, onları çox yaxında Klublararası dünya çempionatının və sonra yeni Çempionlar Liqası turnirinin gözlədiyini söyləyib:

“Komanda turnirdən belə çıxdıqda, əlbəttə ki, məyusluq hökm sürür. Mən hər iki oyunda daha pis olduğumuzu düşünmürəm. Bundan sonra hər şeyin daha uğurlu olması tamamilə mümkündür”.

İtaliya klubu 1/4 finalın iki oyununun yekununda “Bayern”dən üstün olub (2:1, 2:2).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button