
“Halandı “Barselona”da görmək istərdim”
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes Kataloniya klubunda görmək istədiyi futbolçunun adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Mançester Siti”nin hücumçusu Erlinq Halandın adını çəkib:
“Barselona”dan yeni bir transfer? Mən Erlinq Halandı istərdim”.
25 yaşlı forvardın “şəhərlilər”lə müqaviləsinin müddəti 2034-cü ilin ortalarına qədərdir. O, bu mövsüm Premyer Liqada 7 matçda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



