PSJ-yə keçmək üçün qohumları ilə danışıb
PSJ-nin müdafiəçisi Lukas Hernandes kluba transferindən danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu Paris klubuna keçəcəyinə heç bir şübhəsi olmadığını etiraf edib, eyni zamanda, bütün mümkün kubokları qazanaraq PSJ-nin tarixinə düşmək istədiyini bildirib:
“Mən dərhal PSJ ilə müqavilə imzalamağa razı oldummu? Bəli, klubun marağı, iddiaları və rəhbərliyin həyata keçirmək istədiyi layihə məni inandırdı. Bu barədə qohumlarımla danışdım.
Mən də çox iddialıyam, ona görə də, klubun tarixinə düşməyə çalışacam. Əfsanə olmaq üçün deyil, PSJ ilə hər şeyi qazanmaq üçün əlimdən gələni edəcəm”.
Hernandes “Bayern”dən PSJ-yə keçib. Paris klubu müdafiəçi üçün 45 milyon avro ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin