Silva komanda yoldaşlarından üzr istədi
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva komandasının Premyer Liqanın son matçında “Nyukasl”a 1:4 hesabı ilə uduzmasından sonra emosiyalarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:
“Mən darmadağın oldum. Ən yaxşı günümüz deyildi. Bu məğlubiyyətə görə hamıdan, xüsusən də, mənə inanan və hər gün dəstək olan komanda yoldaşlarımdan üzr istəyirəm. Baş verənlərə görə məsuliyyəti öz üzərimə götürürəm. Gəlin, cəsarətimizi toplayıb daha güclü qayıdaq”.
Premyer Liqanın 13 turundan sonra “Çelsi” 16 xal toplayıb və hazırda çempionatın 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin