“Mən daha “bərpa” sözünü eşitmək istəmirəm” – “Yuventus”un hücumçusu

“Yuventus”un hücumçusu Federiko Kyeza özünün ən yaxşı formasına çatdığını bildirib.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı futbolçu özünü çox yaxşı hiss etdiyini deyib:

“İndi özümü yaxşı, hətta çox yaxşı hiss edirəm. Zədədən sağalma prosesi artıq arxada qalıb. Mən daha “bərpa” sözünü eşitmək istəmirəm. Mən indi həm fiziki, həm də əqli cəhətdən ən yaxşı formadayam”.

Kyezanın Turin klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button