“Çox xoşbəxtəm və həyəcanlıyam” – “Çelsi”nin yeni transferi
“Fulhem”in müdafiəçisi Tosin Adarabioyo yeni komandaya qoşulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”nin sıralarına qatılan 26 yaşlı ingiltərəli futbolçu çox xoşbəxt və həyəcanlı olduğunu bildirib:
“Çelsi” böyük klubdur. Bu, mənim karyeramda mühüm məqamdır. Mən çox xoşbəxtəm və həyəcanlıyam. Meydana çıxmaq və yeni komandama kömək etmək fürsətini səbirsizliklə gözləyirəm”.
Tərəflər arasında bağlanmış müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
“Çelsi” ötən mövsüm Premyer Liqanı 6-cı yerdə başa vurub.
Adarabioyo ötən mövsüm 25 matçda iştirak edib və 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin