Edersondan bütün söz-söhbətlərə son qoyan açıqlama
“Mançester Siti”nin qapıçısı Ederson karyerasını İngiltərə klubunda davam etdirəcəyini açıqlayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, “Mançester Siti”də qalacağına əmindir:
“Fərziyyələrə son verin! Partnyorlarım, baş məşqçim və direktorla danışdım. Təbii ki, ailəmlə də danışdım, bu, ortaq qərar idi. Mən daha bir neçə il “Mançester Siti”də qalacam. Gələcəyimin hələ müəyyənləşmədiyini deyəndə bir neçə təklif oldu. Təbii ki, media çox şey deyir, bəzən bir az uydurur. Amma indi mənim gələcəyim artıq qərarlaşıb, xüsusən də, Pep Qvardiola ilə söhbətdən sonra. Mən bütün diqqətimi “Mançester Siti”də oynamağa yönəltmişəm”.
Daha əvvəl braziliyalı futbolçu ilə yay transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.
Ederson 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. 30 yaşlı qolkiper 2023/24 mövsümündə 43 oyun keçirib, 34 qol buraxıb və 16 dəfə topu qapısında saxlayıb. Onun “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Facebook-da izləyin