Feliks: “Qrizmannın sözləri ilə razı deyiləm”
“Barselona”nın hücumçusu Joao Feliks “Atletiko”nun futbolçusu Antuan Qrizmannın onun Madrid klubunu tərk etməsinin səbəbləri ilə bağlı açıqlamasına cavab verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Qrizmannın sözləri ilə razı olmadığını bildirib:
“Mən onun sözləri ilə razı deyiləm. Qrizmannın öz fikri var, amma mən bunu şərh etmək fikrində deyiləm”.
Qrizmann Feliksin yayda icarə əsasında niyə “Barselona”ya keçmək qərarına gəldiyi barədə fikirlərini bölüşüb. Fransalı futbolçu, komanda ilə çox işləməkdən yorulduğu üçün portuqaliyalı oyunçunun “artıq göz önündə olmadığını” söyləyib.
Feliks bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 16 matçda iştirak edib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin