“Mən hələ də “acam”
“Bayern”in qapıçısı Manuel Noyer klubu ilə müqavilə müddətinin 2026-cı ilin yayına qədər uzadılmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Münhen klubunda qalmaq istədiyini söyləyib:
“Mən futbol oynamaqdan həzz alıram və “Bayern”in oyunçusu olaraq qalmaq istəyirəm.
Mən hələ də “acam” və bu xüsusi klubda daha bir ili səbirsizliklə gözləyirəm. Həmişə yaxşı söhbətlərimiz olub. Bu, yaxşı hissdir. Hər şey çox yaxşıdır və bizim hələ birlikdə əldə etməli olduğumuz çoxlu məqsədlərimiz var”.
38 yaşlı futbolçu “Bayern”in heyətində 11 qat Almaniya çempionu, 5 dəfə ölkə kubokunun qalibi və 2 dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin, o, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi adını qazanıb.
Bizi Facebook-da izləyin