“Mən başqa klubun oyunçularını müzakirə etmirəm” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın İspaniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı bunları deyib:

“Arrisabalaqa “Real”ın futbolçusu deyil. Mən başqa klubun oyunçularını müzakirə etmirəm”.

Öncədən Tibo Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğu açıqlanıb. “Kral klubu” Kepanı belçikalının əvəzləyicisi kimi nəzərdən keçirir.

Arrisabalaqa 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb, 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button