
Arauxo: “Fatiyə həqiqətən heyranam”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo komandanın cinah oyunçusu Ansu Fati haqda fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən Ansu Fatiyə həqiqətən heyranam, o, mənim üçün qardaş kimidir. Çağırılmayan və oynamayan oyunçu üçün çətindir… Amma o, baş məşqçini inandırmaq üçün əlindən gələni edir. Ona oynamaq lazımdır”.
Fati bu mövsüm bütün turnirlərdə cəmi 8 matçda meydana çıxıb.
Martın 2-də, İspaniya La Liqasının 26-cı turu çərçivəsində “Barselona” “Real Sosyedad”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin