Məmmədyarov Karlsenlə qarşılaşacaq
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.
Komanda.az xəbər verir ki, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq. 37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı şahmatçı 9-cu sıradadır.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin