Məmmədyarov 50 min dollarlıq turnir üçün səfərə çıxdı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.

Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.

Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Üç gün davam edəcək yarışın mükafat fondu 50 min dollardır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button