Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, komanda Cənubi Koreya “Qanqvon”u ilə qarşılaşıb.
Görüş LKS-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Məmmədov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə hesab 1:1 olarkən əvəzlənib.
Bu ay “Qarabağ”dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin