Məmmədov Polşa çempionatında debüt etdi, baş məşqçisi qiymət verdi
“Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyəti var və bu gün bunu göstərdilər”.
Komanda.az xəbər verir ki, bunu Polşanın LKS komandasının baş məşqçisi Pyotr Stokovets Ekstraklasanın 20-ci turunda səfərdə “Korona”ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Rahil bu oyunla Polşa çempionatında debüt edib. O, debüt görüşündə 90 dəqiqə meydanda olub.
LKS-in baş məşqçisi meydanda fərqli kollektiv gördüyünü bildirib:
“Bu nəticəyə görə təəssüflənirəm. Komanda yaxşı işləyir. Bu qarşılaşmada ürəkli çıxış etdilər. Bizim üçün ağır məğlubiyyət idi. Çətindir, amma nəticə qazanmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik”.
LKS 19 matçdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin