Məhkəmə tanınmış futbolçunun tələbini rədd edib
İspaniyanın “Real” klubunun və Braziliya millisinin sabiq futbolçusu Robinyonun həbs müddətinin azaldılması ilə bağlı tələbi rədd edilib.
Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, məhkəmə 40 yaşlı hücumçunun ittiham olunduğu cinayətin ağır kimi tanınmasını istəyib.
Braziliyalı hücumçu 2017-ci ildə zorlamaya görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2013-cü ildə İtaliyanın Milan şəhərində baş verib. O, beş nəfərlə birlikdə 22 yaşlı alban qızı zorlamaqda təqsirli bilinib.
Həbs qərarı çıxarılan zaman futbolçu Braziliyada yaşayırdı. İki ölkə arasında cinayətkarların ekstradisiyası ilə bağlı müqavilə olmasa da, 2024-cü ildən Braziliyanın ali məhkəməsi futbolçunun məhz öz ölkəsində cəza çəkə biləcəyini açıqlayıb.
Braziliyanın “Santos” və “Atletiko Mineyro”, İspaniyanın “Real”, İngiltərənin “Mançester Siti”, İtaliyanın “Milan” və Çinin “Quançjou Everqrand” klublarının formasını geyinmiş futbolçunun son iş yeri Türkiyə təmsilçisi “Başakşəhər” olub. Robinyo Braziliya millisində meydana çıxdığı 100 oyunda 28 qola imza atıb.
Bizi Facebook-da izləyin