“Məğlubiyyətin günahkarı özüməm” – “Sabah”ın baş məşqçisi
Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Sabah” İrlandiyanın “Sent-Patriks Atletik” klubunu qəbul edib.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin oyunsonrsaı mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı rəqibə nisbətən daha yaxşı çıxış etdiklərini bildirib:
“Siz hər şeyi gördüz. Bu gün biz rəqibə nisbətən çox yaxşı idik. Təəssüf ki, yenə də “qırmızı” aldıq. Buna baxmayaraq, oyunçularım çox yaxşı idi. Bu iki oyunun çox hissəsini azlıqda keçirmişik. Bu da Avropa arenalarında çox çətindir.
Bu gün biz onlardan daha yaxşı idik, amma təəssüf ki, uduzduq. Amma mənə bir komponent deyin ki, rəqib bizdən üstün idi. Bütün komponentlərdə üstün tərəf idik.
Bircə qol epizodu oldu, o da qolla nəticələndi. Bundan başqa, bütün oyunu üstün keçirdik. Mən bilirəm ki siz nəticə istəyirsiz. Biz uduzduq, bu, faktdır.
Oyundan qabaq problemlərimiz var idi. Bir “qırımızı” almış futbolçumuz var idi, Ayaz Quliyev zədəli idi, mən də Şakir Seydiyevlə Abdullah Xaybullayev arasında qalmışdım. Hücum futbolu oynamaq istəyirdim. Ona görə də, Xaybullayev seçimində qaldım.
26-cı dəqiqəyə kimi hər şey yaxşı gedirdi. Oyuna nəzarət edirdik. “Qırmızı”dan sonra isə hər şey dəyişdi. Hətta “qırmızı”dan sonra taktikanı dəyişdim, amma alınmadı. Məğlubiyyətin günahkarı özüməm. Mən heç vaxt futbolçularımı qurban vermirəm.
“Turan Tovuz”la oynayanda, keçən il də mənə belə sual ünvanlanmışdı ki, çox rahat görünürsüz. Amma sizə deyim ki, bu, belə deyil. Mən heç vaxt arxayın olmuram. Bu, bəlkə də, işlə bağlı olan məsələdir.
Xəyal çox qaçdı, bəlkə, sizə ona görə belə gəlib ki, o, təngnəfəsdir, onun belə bir problemi var, amma bu belə deyil.
Rəhbərlik avrokuboklarla bağlı tələb qoymamışdı. Amma mən özüm qarşıma həmişə yüksək hədəflər qoyuram.
Mənə görə, oyunçularımın kondinasiyası yerindədir”.
İki oyunun nəticəsinə əsasən 0:2 hesabı ilə məğlub olan “Sabah” Konfrans Liqasında mübarizəni dayandırıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin