“Məğlub olmadığımız üçün xoşbəxtik” – Mançini

UEFA Millətlər Liqasının ilk turunda Bosniya və Herseqovina millisiylə 1:1 hesablı bərabərliyə razılaşan İtaliya yığmasının baş məşqçisi Roberto Mançini açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, heç-heçə ilə bağlı fikirlərini bölüşən mütəxəssis, Corco Kyellininin ehtiyatda qalmasının səbəbini ironiyalı şəkildə açıqlayıb:

“Sona qədər mübarizə apardıq, qol vurmaq üçün bir neçə şansımız oldu. Oyunun sonlarında komandada yorğunluq vardı. Qalib gəlmədiyimiz üçün məyusuq, amma oyunumuzda dəqiqlik yox idi. Qələbə seriyamız gec-tez sona çatacaqdı. Məğlub olmadığımız üçün xoşbəxtik. Komandadakı bu quruluşu davam etdirəcəyik. Növbəti oyunlar üçün bir neçə futbolçu dəyişəcək.

Kyellininin əsas heyətdə yer almaması mənim səhvim idi. Eynəyimi taxmadığım üçün ehtiyat futbolçuları yaxşı görə bilmədim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button