Mourinyo istefaya göndərilə bilər
“Roma” növbəti dəfə məğlub olarsa, baş məşqçi Joze Mourinyonu istefaya göndərəcək.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “canavarlar” A Seriyasının 8-ci turunda “Kalyari” ilə görüşdə məğlub olacağı təqdirdə, Mourinyo istefaya göndəriləcək.
“Roma”nın sahibi Dan Fridkin artıq 60 yaşlı portuqaliyalı mütəxəssisə əvəzləyici tapıb. Klub rəhbərliyi Almaniya millisinin keçmiş çalışdırıcısı Hans-Diter Fliki komandanın “sükanı arxasına” gətirmək istəyir.
“Kalyari” – “Roma” oyunu oktyabrın 8-də keçiriləcək. “Roma” A Seriyasında 13-cü yerdədir. Komanda 7 turdan sonra 8 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin