Mədət Quliyev Azərbaycan kubokunun qaliblərini mükafatlandırdı

Şose velosipedi üzrə Azərbaycan kubokunun 1-ci mərhələsi başa çatıb.

Komanda.az xəbər verir ki, 3 yaş kateqoriyası üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.

17 yaşadək qızların 32 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev 1-ci yeri tutub.

Gənc oğlanların 64 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini 1-ci keçib. U23/Elit yaş kateqoriyasında Müdafiə Sənayesi Nazirliyi velosiped klubunun velosipedçisi Musa Mikayılzadə 64 km-lik məsafəni hamıdan tez qət edib. Dünya Velosiped Mərkəzinin üzvü Ayan Xankişiyeva isə U23/Elit kateqoriyasında yarışan xanım velosipedçilər arasında çempionluq sevinci yaşayıb.

Mükafatlandırma mərasimində AzVİF-in prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezidentlər Robert Eyyubov və Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Azərbaycan kubokunun 2-ci mərhələsi fevralın 19-20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button