MY daha 2 hücumçunun transferini gözdən keçirir
“Mançester Yunayted” yaxın vaxtlarda “Bolonya”dan hücumçu Coşua Zirkzenin transferini başa çatdırmağı planlaşdırsa da, rəhbərlik niderlandlıdan başqa, daha bir forvardı komandaya dəvət etmək istəyir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” “Brentford”dan İvan Toni və “Everton”dan Dominik Kalvert-Lyuini nəzərdən keçirir. İngiltərəli futbolçulardan hansının rəhbərlik üçün prioritet namizəd olduğu hələlik məlum deyil.
Toni İngiltərə Premyer Liqasının ötən mövsümündə 17 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Kalvert-Lyuin isə 32 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin