MY yeni müdafiəçi üçün 75 milyon avro xərcləməyə hazırdır

“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba “Mançester Yunayted”in diqqətini çəkib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçunu gələn mövsüm başlamazdan əvvəl heyətinə qatmaq istəyir.

Mənbənin məlumatına görə, müdafiəçinin transfer qiyməti 90 milyon avrodur. Bununla belə, MY rəhbərliyi futbolçunun 75 milyona transferi ilə bağlı razılığa gəlməyə ümid edir.

22 yaşlı futbolçunun “Leyptsiq”lə 2029-cu ilin iyun ayının sonuna qədər olan müqaviləsi var. Lukeba cari Bundesliqa mövsümündə 13 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button