
MY 22 yaşlı hücumçunu transfer etmək istəyir
“İpsviç”in hücumçusu Liam Delap karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Premyer Liqada uğursuz mövsüm keçirən “Mançester Yunayted” 22 yaşlı futbolçunun transferində maraqlıdır.
Delapın özü də “qırmızı şeytanlar”a keçməyə hazırdır. Onun bazar dəyəri “transfermarkt” portalının qiymətləndirməsinə görə 35 milyon avrodur. O, cari mövsümdə 38 oyunda meydana çıxaraq, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyalı mütəxəssis Ruben Amorimin başçılıq etdiyi “Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



