MY onu transfer etmək üçün əlindən gələni edəcək

“Mançester Yunayted” yayda “Kristal Pelas”ın 26 yaşlı yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etmək üçün əlindən gələni edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” ingiltərəli futbolçunun komandaya çatışmayan elementləri gətirəcəyinə inanır. “Kristal Pelas” onun transferindən 50 milyon funt-sterlinq (58,5 milyon avro) qazanmağa ümid edir. MY bu müqaviləyə vinger Markus Reşfordu da daxil edə bilər.

Ebereçi bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button