“Mançester Yunayted” yarımmüdafiəçi axtarır

“Mançester Yunayted” yay transfer pəncərəsi bağlanmazdan öncə heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yalnız hücum və qapı xəttini deyil, həm də orta sahəni ciddi şəkildə gücləndirmək istəyirlər.

Klubun indiyə qədərki transferləri bunlardir: Brayan Mbeumo (“Brentford”) – vinger, Mateus Kunya (“Vulverhempton”) – hücumçu.

Bu transferlərlə kifayətlənmək istəməyən “Mançester Yunayted” rəhbərliyi, xüsusilə, mövsümboyu rotasiya üçün güclü yarımmüdafiə ehtiyatına sahib olmağı hədəfləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button