
MY xərcləri azaltmaq üçün daha bir addım atıb
“Mançester Yunayted”in maliyyə böhranı dərinləşir və klub rəhbərliyi xərcləri azaltmaq üçün tədbirlər görməyə davam edir.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, yeni qərar “Old Trafford”dakı kafelərin bağlanmasıdır.
Daha doğrusu, kafelər fəaliyyətini davam etdirəcək, amma artıq işçilər və kluba yaxın olanlar üçün pulsuz heç nə olmayacaq. Hələlik yalnız futbolçular pulsuz qidalanmağa davam edəcək.
Əvvəllər “Mançester Yunayted”in 200-ə qədər keçmiş əməkdaşı işini itirsə də, bu, futbolçuların daha inamlı çıxış etməyə başlamasına kömək etməyib. Əksinə, vəziyyət getdikcə pisləşir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin