MY və “Yuventus”un hədəfindədir – “Bolonya”nın baş məşqçisi

“Bolonya”nın baş məşqçisi Tiaqo Motta cari mövsümün sonunda komandanı tərk edə bilər.

Komanda.az “La Gazzeta dello Sport”-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis uğrunda “Yuventus” və “Mançester Yunayted” mübarizə aparacaq. Daha əvvəl baş məşqçi ilə “Liverpul”un da maraqlandığı bildirilirdi.

Motta “Boloniya”dan əvvəl “Spetsiya” və “Cenoa”da çalışıb.

Onun komandası hazırda A Seriyasında 30 matçda 57 xal toplayaraq, turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button