
“Qarabağ”ın rəqibinin futbolçusu iki top-klubun hədəfindədir
Avropanın iki böyük klubu “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” və “Real” macarıstanlı futbolçunun transferini düşünür. Soboslainin “Liverpul”dakı maaşı ildə təxminən 7 milyon avrodur ki, bu da onun mövqeyində oynayan digər oyunçularla müqayisədə çox azdır. Lakin “qırmızılar”ın futbolçuyla yeni, uzunmüddətli müqavilə bağlayacağı və komandanın nəticələrinə verdiyi əhəmiyyətli töhfəyə görə ona yüksək maaş verəcəyi bildirilir.
Soboslai bu mövsüm bütün yarışlarda 15 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



