İngiltərənin 2 klubu Ketelare uğrunda yarışacaq

“Atalanta”nın futbolçusu Şarl de Ketelare İngiltərənin daha bir klubunun marağına səbəb olub.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” belçikalı yarımmüdafiəçini öz sıralarına qatmaq istəyir.

“Qırmızı şeytanlar” Ketelareyə görə İngiltərənin digər klubu “Mançester Siti” ilə yarışmaq niyyətindədir. Onun uğrunda mübarizə yay transfer pəncərəsində gedəcək.

23 yaşlı futbolçu 2024/25 mövsümündə 37 oyun keçirib, 11 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button