
MY və “Əl-Nəsr” ispan futbolçu uğrunda yarışır
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçuya “Mançester Yunayted” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu maraq göstərir.
Buna baxmayaraq, PSJ-nin baş məşqçisi Luis Enrike Ruisin komandada qalmasını istəyir.
“Mançester Yunayted” danışıqları sürətləndirməyə çalışır ki, “Əl-Nəsr”i qabaqlaya bilsin. Səudiyyə Ərəbistanı təmsilçisi isə Paris klubuna böyük bir təklif verməyi planlaşdırır.
İspaniyalı futbolçu 2022-ci ildən PSJ-də çıxış edir. O, son mövsümdə 58 oyunda iştirak edib, 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



