MY uruqvaylı futbolçu üçün yeni təklif hazırlayır

“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisini sıralarına qatmaq ümidini itirmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Manuel Uqartenin transferi üçün yeni təklif hazırlayır. Uqartenin bu transfer pəncərəsində PSJ-dən ayrılma ehtimalı yüksəkdir.

“Transfermarkt” uruqvaylı yarımmüdafiəçini 45 milyon avroya qiymətləndirir, lakin PSJ rəhbərliyi “Mançester Yunayted”dən daha çox pul tələb edir.

Bir il əvvəl Uqarte “Sportinq”dən “Çelsi”yə keçə bilərdi, amma PSJ sonda onun uğrunda yarışda qalib gəlmişdi. 23 yaşlı futbolçu debüt mövsümündə PSJ-nin məşqçilərinin ümidlərini doğrultmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button