MY üçün 5 milyardlıq SON təklif

Qətər Şeyxi Həməd bin Casim bin Cabir Əl Tani “Mançester Yunayted” üçün 5 milyard funt-sterlinqdən çox pul təklif edir.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, bu, ərəblərin “qırmızı şeytanlar”ı almaq üçün sonuncu təklifidir. Həməd bin Casim klubun infrastrukturuna əlavə vəsait də yatırmaq fikrindədir.

Heç vaxt bir idman klubu üçün 5 milyard funt-sterlinqdən çox pul ödənilməyib. İndiyə qədər reallaşan ən böyük sövdələşmə 2022-ci ildə qeydə alınıb – ABŞ-ın peşəkar futbol liqası olan NFL təmsilçisi üçün “Denver Bronkos” üçün 4,65 milyard dollar (3,75 milyard funt-sterlinq) xərclənib.

“Sky Sports” isə bildirir ki, Mançester təmsilçisinin hazırkı sahibi Qleyzer ailəsi Əl Taninin təklifindən imtina edə bilər. Onlar klub üçün 6 milyard funt-sterlinq tələb edir. Əl Tani MY-ni almaqda israrlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button