MY Türkiyə millisinin üzvü ilə maraqlanır
“Fənərbaxça”nın müdafiəçisi Fərdi Kadıoğlu karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” türkiyəli futbolçu ilə maraqlanır.
“Qırmızı şeytanlar” 24 yaşlı futbolçunu bu yay transfer bilər. Potensial keçidin dəyəri 21 milyon avro qiymətləndirilir. Kadıoğlunun “Fənərbaxça” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Fərdi Kadıoğlu ötən mövsüm Türkiyə çempionatında 37 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin