
“Mançester Yunayted” türk futbolçunu satacaq
“Mançester Yunayted” yay transfer pəncərəsində türkiyəli qapıçısı Altay Bayındırı satmağı planlaşdırır.
Komandanın heyətində nadir hallarda meydana çıxan Bayındır bir neçə kobud səhv edərək tənqid hədəfinə çevrilib. Eyni aqibəti əsas qapıçı Andre Onana da yaşayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Altayı satmağa qərarlıdır və Onana ilə rəqabət apara biləcək yeni qapıçı transfer etmək istəyirlər.
Bu mövsüm “Mançester Yunayted”in heyətində 9 oyunda meydana çıxan 27 yaşlı qolkiper 18 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



