MY Ten Haqın yerinə namizədləri müəyyənləşdirib
“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqın yerinə uyğun namizədləri müəyyənləşdirib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin “Mançester Siti” ilə İngiltərə kubokunun finalından sonra klubu tərk etmək ehtimalı yüksəkdir. Ten Haqın Mançester klubunda əvəzləyicisi ya “Bayern”in baş məşqçisi Tomas Tuxel, ya da “Brayton” və “Çelsi”nin keçmiş çalışdırıcısı Qrem Potter ola bilər. Klub sahibi Cim Ratkliff kubokun finalından sonra qərar verməli olacaq.
“Mançester Yunayted” İngiltərə çempionatını 8-ci yerdə başa vurub. Bu, “qırmızı şeytanlar” üçün son 34 ildə və Premyer Liqanın bütün mövcudluğu ərzində (1992-ci ildən) ən pis nəticədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin