İngiltərə klubu Xavini icarəyə götürmək istəyir
PSJ-nin yarımmüdafiəçisi Xavi Simons İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
“Qırmızı şeytanlar” 21 yaşlı yarımmüdafiəçini növbəti mövsüm üçün icarəyə götürmək istəyir. Komandanın baş məşqçisi Erik ten Haq Simonsun sərgilədiyi futbolu bəyənir.
Simons ötən mövsüm “Leyptsiq”də icarə əsasında çıxış edib. O, bu komandayla 43 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin