MY Ten Haqı qovacaq?

“Mançester Yunayted” cümə axşamı yenə azarkeşlərini məyus edib. “Çelsi”dən səfərdə matçın son dəqiqələrində iki qol buraxan “qırmızı şeytanlar” 3:4 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, “The Independent” “Çelsi” ilə oyundan sonra Erik ten Haqın mövsümün sonunda “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovula biləcəyi ilə bağlı məqalə dərc edib.

Eyni zamanda, qeyd olunur ki, bu vəziyyət yüz faiz deyil.

“Mançester Yunayted” növbəti matçını aprelin 7-də keçirəcək. Erik ten Haqın komandasının rəqibi “Liverpul” olacaq.

“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlində 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button