MY slovakiyalı qapıçı üçün danışıqlara başlayıb

“Mançester Yunayted” qapıçı Martin Dubravkanın transferi ilə bağlı “Nyukasl”la danışıqlara başlayıb.

Komanda.az “Sky Sports”-a xəbər verir ki, futbolçunun özü də karyerasını Mançester klubunda davam etdirməyin əleyhinə deyil.

33 yaşlı slovakiyalı qapıçı Nik Popun “Bernli”dən “Nyukasl”a keçidindən sonra əsas heyətdəki yerini itirib.

Dubravka 2018-ci ildən “Nyukasl”da oynayır. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm qapıçı bütün yarışlarda 27 oyuna çıxıb, 36 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button