MY “Borussiya”nın futbolçusu ilə anlaşdı
“Borussiya”nın (Dortmund) futbolçusu Ceydon Sanço karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Mançester Yunayted” 20 yaşlı futbolçuyla razılıq əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda, “qırmızı şeytanlar”ın Sanço ilə müqavilənin müddəti və məvaciblə bağlı anlaşdığı bildirilir. İngiltərə klubu hazırda “Borussiya” ilə təzminat məsələsində razılaşmaq üçün müzakirələr aparır. Xəbərdə, Sançonun Premyer Liqa üçün rekord məbləğdə transfer ola biləcəyi bildirilib.
Sançonun “Borussiya” ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin